Müharibə Avropaya necə təsir edir?

Müharibə Avropaya necə təsir edir?

Ukrayna müharibəsi Avropada iqtisadi durumu gərginləşdirir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “İzvestiya” yazır. 

Bildirilir ki, Almaniyada enerji xərclərinin kəskin artması və yüksək inflyasiya bir çox iri şirkətlərin iflasına səbəb olub. 

2024-cü ilin birinci yarısında iflas edən iri şirkətlərin sayı 41% artıb. "Esprit", :Volkswagen", "ThyssenKrupp" kimi nəhəng şirkətlər də bu vəziyyətdən təsirlənir. Xəbərə görə, kansler Olaf Şolzun Ukraynadakı münaqişəni dayandırmaq çağırışının arxasında Almaniyadakı iqtisadi vəziyyət dayanır.
 
“İzvetiya” yazır ki, Avstriya və Fransa da oxşar vəziyyətdədir. 

Müvafiq olaraq, hər iki ölkədə enerji xərclərinin artması şirkətlərin fəaliyyətinə və insanların həyat səviyyəsinə mənfi təsir göstərir.
 
Mario Draqinin Avropa Komissiyasına təqdim etdiyi hesabat da xəbərlərdə yer alıb. İtaliyanın keçmiş baş naziri Draqinin hesabatı Avropa iqtisadiyyatlarındakı çətinliklərə dərindən toxunur. Hesabatda Ukrayna böhranından sonra enerji qiymətlərinin kəskin artmasının Avropa iqtisadiyyatına ciddi təsir etdiyi vurğulanır.
 
Hesabatda Avropa İttifaqının ABŞ və Çin kimi böyük iqtisadiyyatlardan geri qaldığına da diqqət çəkilib.

Nigar Hacılı 
"Cebheinfo.az"