Numan Kurtulmuş: Zəngəzur dəhlizinin açılması bütün regionun xeyrinədir

Numan Kurtulmuş: Zəngəzur dəhlizinin açılması bütün regionun xeyrinədir

“Biz Ermənistanın 33 illik Qarabağ işğalı qarşısında Azərbaycanın öz torpaqlarını azad etmək həssaslığını başa düşür, qiymətləndirir və tam dəstəkləyirik”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Dublində Avropa Parlament Sədrlərinin Konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, beynəlxalq vasitəçilərinin səylərinin heç bir nəticə verməyəndən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etdi.

"Qarabağ sona qədər Azərbaycan torpağı olacaq və Azərbaycan xalqının olacaq. Sülh Qarabağda Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsi ilk növbədə bu iki ölkə olmaqla bütün bölgə xalqlarının xeyrinədir. Zəngəzur dəhlizinin açılması sadəcə bir ölkənin təşəbbüsü deyil, bütün region əhalisinin xeyrinədir və ümid edirik ki, belə də olacaq”, - deyə Kurtulmiş vurğulayıb.

Cebhe.info