Paşinyan: Erməni kilsəsi ən böyük təsir agentidir

Paşinyan: Erməni kilsəsi ən böyük təsir agentidir

“Ölkəmizdə kilsə ictimai fikirə ən böyük təsir agentidir və biz bunu aradan qaldıracağıq”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında söyləyib.

O vurğulayıb ki, yaxın iki-üç ay ərzində kilsənin ictimai rəyə təsirlərinin aradan qaldırılması üçün qətiyyətli tədbirlər görüləcək: 

“Ermənistanda tarixən din xadimləri gedib kilsədə dini təhsil alır, qayıtdıqdan sonra isə agentlərə çevrilirdilər. Görünür ki, bu ənənə indi də dəyişməyib. Lakin biz yaranmış problemi iki-üç ayda həll edəcəyik” – Paşinyan belə deyib.

"Cebhe.info"