Paşinyan hakimiyyəti Belarus müxalifəti ilə əməkdaşlığa başladı

Paşinyan hakimiyyəti Belarus müxalifəti ilə əməkdaşlığa başladı

“Vilnüsdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşmək mənim üçün böyük şərəf idi”. 

“Cebhe.info”-nun məlumatına görə, bu barədə Belarusun müxalifət lideri Svetlana Tixanovskaya “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, bu görüşlə bağlı həmçinin videomaterial dərc edib.

“Mən Lukaşenko rejiminə qarşı qətiyyətli mövqeyinə görə Ermənistana təşəkkür etdim və Ermənistanla demokratik qüvvələrimiz arasında sıx əməkdaşlığın davam etdiriləcəyinə ümid bildirdim. Ermənistan və Belarus xalqları azad, demokratik və avropalı gələcəyə layiqdirlər”, - deyə Tixanovskaya qeyd edib.

Müşfiq Abdulla
“Cebhe.info”