Paşinyana etimadsızlıq referendumunun keçirilməsi təklif olunur

Paşinyana etimadsızlıq referendumunun keçirilməsi təklif olunur

Ermənistanda “Miasin” ictimai-siyasi hərəkatı baş nazir Nikol Paşinyana etimadsızlıq səsverməsi ilə bağlı konstitusiya prosesinə başlamaq niyyətindədir.

Bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə hərəkat parlament müxalifətinə müraciət etmək niyyətindədir. 

Çünki Ermənistan qanunvericiliyinə görə, belə təşəbbüs yalnız Milli Assambleyadan gələ bilər.

Qeyd edək ki, Ermənistan parlamentində müxalifət azlığı təmsil edir.

Cebhe.info