Patruşev: “ABŞ-ın uzunmüddətli məqsədi Rusiyanın məhv edilməsidir”

Patruşev: “ABŞ-ın uzunmüddətli məqsədi Rusiyanın məhv edilməsidir”

“ABŞ-ın uzunmüddətli məqsədi Rusiyanın məhv edilməsi və Avrasiyada təhlükəsizliyin dağıdılmasıdır”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib.

“ABŞ və onun NATO müttəfiqlərinin uzunmüddətli məqsədi nəyin bahasına olursa-olsun ölkəmizi zəiflətmək və ya məhv etmək, eləcə də bütövlükdə Avrasiyada təhlükəsizlik arxitekturasını dağıtmaqdır”-deyə, o bildirib.

O əlavə edib ki, regionda hərbi infrastrukturun aqressiv şəkildə qurulması gərginliyi daha da artıracaq. Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Qərb Rusiya və onun qonşularına misli görünməmiş təzyiqlər edir.

Cebhe.info