Daha bir ölkəyə nüvə silahları yerləşdirilir

Daha bir ölkəyə nüvə silahları yerləşdirilir

ABŞ və Polşa bu ölkənin ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bağlı danışıqlar aparır.

Respublika Prezidenti Anjey Duda bildirib ki, Polşa NATO çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə və alyansın şərq cinahını gücləndirməyə hazırdır.

“Cebhe.info” xəbər verir ki, “Etiraf etməliyəm ki, məndən bu barədə soruşduqda hazır olduğumuzu bəyan etdim”, - deyə Duda “Fakt”-a müsahibəsində deyib. O, ABŞ-nin Nüvə Paylaşımı proqramının bir hissəsi kimi Avropadakı müttəfiqlərinə nüvə silahı yerləşdirdiyini bildirib.

Duda qeyd edib ki, Varşava Kalininqrad vilayətinin hərbiləşdirilməsindən və Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsindən narahatdır.

ABŞ hazırda Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədəki altı bazasında 100 taktiki nüvə silahı saxlayır.

Xəzər
“Cebhe.info”