Putin Türkiyəyə gedəcək

Putin Türkiyəyə gedəcək

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə dəvəti qəbul edib, lakin səfərin tarixləri hələ razılaşdırılmayıb.

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Həqiqətən də Rusiya Prezidentinə etibarlı dəvət var və o, bu dəvəti minnətdarlıqla qəbul edib”,-deyə Peskov jurnalistlərin Putinin Türkiyəyə mümkün səfəri ilə bağlı sualını cavablandırarkən deyib: “Eyni zamanda, səfərin tarixləri hələ diplomatik kanallarla razılaşdırılmayıb”.

Xəzər
“Cebheinfo.az”