Putin yeni seçilən prezidenti təbrik edib

Rusiya prezidenti Vladimir Putin Xavyer Mayli Argentinada keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Bu barədə Kremlin məlumat yayıb.
Putin təbrikində Rusiya Federasiyası ilə Argentina arasında aktual beynəlxalq problemlər üzrə konstruktiv dialoqun inkişafına ümid etdiyini bildirib.
Qeyd edək ki, yeni prezident seçkilərdə ölkənin iqtisadiyyat nazirinə qalib gələrək dövlət başçısı olub.
Cebhe.info