Putinlə Paşinyan arasında təmas olmayıb - KREML

Ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidentinə məktub göndərib və orada regiondakı vəziyyətlə bağlı İrəvanın mövqeyini açıqlayıb.
Cebhe.info “İnterfaks”-a istinadən xəbər verir ki, bu məktubdan sonra Vladimir Putinlə Paşinyan arasında başqa təmaslar olmayıb:
“Prezident Putin özü Vladivostokda deyib ki, həqiqətən də baş verənlərlə bağlı erməni tərəfinin nöqteyi-nəzərini əks etdirən müfəssəl məktub var.
Onun sözlərinə görə, həmin vaxt Qarabağa humanitar yardım axınının bərpası istiqamətində işlər gedirdi: “Dünəndən etibarən bu iş uğurla nəticələndi, birinci partiya humanitar yardım iki istiqamətdən- Ağdam və Laçın yolu ilə getdi”.
"Lakin təəssüf ki, bu, bizi hərbi əməliyyatların bərpasından xilas etmədi", - Peskov vurğulayıb.
Xəzər
Cebhe.info