Qaçırılan 6 nəfər azad edildi

Nigeriyanın Kebbi əyalətində silahlı şəxslər tərəfindən qaçırılan 6 nəfər xilas edilib.
Cebhe.info xəbər verir ki, Kebbi Qubernatorluğunun xüsusi müşaviri Nasir İdris, verdiyi yazılı açıqlamada təhlükəsizlik qüvvələrinin vilayətin Şanqa bölgəsində silahlı şəxslərə qarşı əməliyyat keçirdiyini bildirib.
İdris qeyd edib ki, əməliyyat zamanı silahlı şəxslər tərəfindən girov götürülən 6 nəfər xilas edilib.
Xatırladaq ki, Nigeriyada adam oğurluğunun cəzası ölümdür.
Nigar Hacılı
Cebhe.info