Qasırğada 6 nəfər ölüb

Belarusun böyük bir hissəsində təsirli olan fırtına insan itkisinə səbəb olub.
"Cebhe.info" xəbər verir ki, Belarus Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada ölkənin cənubundakı Brest, Qomel və Mogilyov vilayətlərində bazar günü baş verən fırtınanın 330 şəhər və kəndə böyük ziyan vurduğu, 6 nəfərin öldüyü bildirilib.
Fırtınadan ən çox zərər çəkən və böyük neft emalı zavodunun yerləşdiyi Mazırın bəzi bölgələrində hələ də elektrik enerjisinin olmadığı deyilir.
Baş nazirin müavini Anatoli Sivak açıqlamasında deyib:
"Mazır bölgəsi və ətraf ərazilərdə xətlərin kəsildiyi belə bir vəziyyətlə heç vaxt qarşılaşmamışıq".
Paylaşılan videolarda fırtınanın şiddətindən ağacların aşdığı, park edilmiş avtomobillərin hurdaya çevrildiyi, evlərin damlarının uçduğu görünür.
Nigar Hacılı
"Cebhe.info"