Qəzzada minlərlə uşaq peyvənd olunacaq

Fələstin Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) UNRWA və UNICEF ilə əməkdaşlıq edərək poliomielit əleyhinə peyvənd kampaniyasının ikinci mərhələsinin oktyabrın 14-də başlayacağını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, peyvəndlənmənin üç gün davam edəcəyi bildirilib.
Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda infrastrukturun dağıdılması nəticəsində evlərindən didərgin düşənlərin çadır düşərgələrində və tullantı sularında 25 ildən sonra ilk dəfə poliomielit xəstəliyinə səbəb olan Poliovirusun (insandan insana keçən xəstəlikdir) aşkar edildiyini açıqlayıb.
BMT və tərəfdaşları tərəfindən verilən açıqlamada 10 yaşından kiçik 640 mindən çox uşağın peyvənd ediləcəyi bildirilib.
Ləman İsmayıl
"Cebheinfo.az"