Quranı yandırdığı üçün cəsədi yandırıldı

Quranı yandırdığı üçün cəsədi yandırıldı

 Pakistanda turist olduğu deyilən şəxs müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırdığı iddiası ilə döyülərək öldürülüb.

"Cebhe.info" xəbər verir ki, "Amerikanın Səsi" (VoA) xəbər verir ki, bunu Pakistanın şimal-qərbində rəsmilər bildiriblər. Onların sözlərinə görə, qəzəbli kütlə cümə axşamı polis bölməsinə basqın edərək, Quranı yandırdığı üçün "dini təhqir etmək"də ittiham olunan şübhəli şəxsi ələ keçirib və öldürüb.

 Axşam saatlarında Hayber-Paxtunxva əyalətinin məşhur turistik məkanı olan Svat rayonunda bir turist Quranı yandırması xəbərindən sonra polis tərəfindən saxlanılıb.  Turist polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılmazdan əvvəl kütlə tərəfindən işgəncələrə məruz qalıb.  

Şahidlər və səlahiyyətlilər daha sonra polis idarəsinin qarşısında izdihamın toplaşdığını bildirdilər.  Polis kütləni dağıtmaq üçün havaya atəş açıb, lakin camaat binaya və polis maşınlarına hücum edərək turisti polisin əlindən alıb. 

Regional polis rəisi Zahidullah Xan yerli mediaya bildirib ki, camaat şübhəlini döyərək öldürüb, sonra isə onun cəsədini yandırıb. Xan hadisələrdə çoxlu yaralananların olduğunu da əlavə edib.

Nigar Hacılı 
"Cebhe.info"