Roma Papası ölümdən döndü

Roma Papası ölümdən döndü

İkitərəfli pnevmoniya diaqnozu ilə bir həftədir xəstəxanaya yerləşdirilən Papa Fransiskin vəziyyəti normallaşıb. 

O, gecəni yaxşı yatıb və bu səhər oyanıb, sonra  da səhər yeməyini yeyib.

“Cebheinfo.az” xəbər verir ki, rəsmi Vatikanın yaydığı məlumatda belə deyilir.

88 yaşlı pontifik fevralın 14-dən Romadakı “Gemelli” xəstəxanasında müalicə alır.

Vatikanın bəyanatına görə, Papa Fransiskdə polimikrob respirator infeksiyası aşkarlanıb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”