Rus uşaqları prezident seçəcəklər: “Baba Yaqa”, “Vinni Pux”, “Karabas-Barabas” namizəddir

Rus uşaqları prezident seçəcəklər: “Baba Yaqa”, “Vinni Pux”, “Karabas-Barabas” namizəddir

Rusiya məktəblərində birinci və ikinci sinif şagirdləri üçün “Vacib şeylər haqqında danışmaq” adlı sinifdənkənar dərs keçiləcək. 

Proqrama əsasən, dərs zamanı uşaqlar “Zoluşka”, “Baba Yaqa” və “Vinni Pux” kimi namizədlər arasından nağıl ölkəsinin prezidentini seçəcəklər.

Hər bir namizədin seçki proqramı var. Beləliklə, “Lisa Alisa” oyun avtomatları və möcüzə sahələri ilə ideal bir şəhər qurmağı, “Karabas-Barabas” böyük səhnə və yaxşı maaş, “Baba Yaqa” sağlam qida vəd edir, həmçinin "şeytanı işə salmaqla” hədələyir. “Vinni Pux” hər şeyi alacağını, hamı ilə razılaşacağını deyir, “Zoluşka” insanların işləri ilə həyatı dəyişdirəcəyinə əmindir.

Qeyd olunur ki, dərs Rusiyada seçki sisteminin xüsusiyyətlərini üzə çıxarmaq məqsədi daşıyır. Dərs sentyabrın 25-də keçiriləcək və Mərkəzi Seçki Komissiyasının yaradılmasının 30 illiyinə həsr olunacaq.

Xatırladaq ki, 5 sentyabr 2022-ci il tarixindən etibarən rus məktəblərində 1-11-ci sinif şagirdləri üçün “Vacib şeylər haqqında söhbətlər” keçirilir. Belə dərslərdə məktəblilərə Rusiyanın tarixi və mədəniyyəti haqqında məlumat verilir.

Xəzər
Cebhe.info