Rusiya Qəzzaya 27 ton humanitar yardım göndərib

Rusiya Qəzzaya 27 ton humanitar yardım göndərib

Dağıstandan Qəzza zolağının əhalisi üçün 27 ton humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Misirin Əl-Ariş hava limanına enib.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus Dağıstandan humanitar yardım aparan xüsusi təyyarə Əl-Ariş şəhərinin hava limanına gəlib.

Yükə qida, uşaq qidası, paltar, ayaqqabı və gigiyena məhsulları daxildir. 

Bu, Dağıstandan Qəzzaya humanitar yardım aparan ikinci təyyarədir. Regional Prezident Sergey Melikovun sözlərinə görə, Dağıstanda 100 tondan çox humanitar yardım toplanıb.

Rusiya tərəfi Qəzza zolağının əhalisinə ümumilikdə 200 tondan çox humanitar yardım çatdırıb.

Nigar Hacılı 
Cebhe.info