Rəsmilər Fəxri xiyabanda - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar.
"Cebheinfo.az" xəbər verir ki, Milli Məclisin deputatları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və qurumun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
10:02
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə dövlət qurumlarının rəsmiləri dahi şəxsiyyətin xatirəsini anırlar.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvləri Ramil Usubov və Mədət Quliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Həmçinin səhiyyə naziri Teymur Musayev, energetika naziri Pərviz Şahbazov, Dini Qurumlar üzrə Dövlət Komitəsinin rəhbəri Ramin Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ulu öndər Heydər Əliyevin xatirəsini məzarı başında yad ediblər.
09:15
Ulu Öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.
Oxu.Az xəbər verir ki, dövlət qurumlarının nümayəndələri, rəsmilər səhər saatlarından onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər.
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev, müdafiə naziri Zakir Həsənov ulu öndərin xatirəsini hörmətlə anıb, məzarı üstünə çiçək dəstələri düzüblər.
"Cebheinfo.az"