Rusiya-Ukrayna danışıqlarının yeri açıqlandı

Rusiya-Ukrayna danışıqlarının yeri açıqlandı

Bu gün İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları Türkiyə prezidentinin Dolmabaxçadakı iş kabinetində baş tutacaq.

Modern.az bu barədə TASS-a görüşün təşkili ilə tanış olan mənbə bildirib.

Danışıqlar mətbuat üçün bağlı qapılar arxasında keçiriləcək.

İstanbulda baş tutacaq danışıqların yerli vaxtla təxminən saat 11:00-a (Bakı vaxtı ilə 12:00-da)  başlaması planlaşdırılır.

Qeyd edək ki, Rusiyanın danışıqlardakı nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edəcək.

Ukrayna nümayəndə heyətinə prezident Zelenskinin başçılıq etməsi planlaşdırılır. 

"Cebheinfo.az"