Rusiyada müsəlman qiyamı?

Rusiyada müsəlman qiyamı?

“Niqab İslamda məcburi deyil, buna görə də Rusiya Federasiyasında bu baş geyiminin qadağan edilməsi ideyasında qalmaqallı heç nə yoxdur”. 

“Cebhe.info” xəbər verir ki, bu fikri Volqoqrad vilayətinin müftisi Bata Kifah Məhəmməd deyib.

“Şəxsən mən niqab taxmağın əleyhinəyəm. Bu, Rusiya xalqlarına aid olmayan yad bir ənənədir”, - deyə Məhəmməd qeyd edib. Bildirib ki, müqəddəs kitabda qadının üzünü örtmək öhdəliyi barədə heç nə deyilmir. Onun fikrincə, niqab dini radikalların ümumi atributudur.

Müfti əlavə edib ki, rusların niqaba qarşı ehtiyatlı münasibətini başa düşmək olar: “Çünki üzü örtülü olan adam həmişə şübhə doğurur”.

Müfti Rusiyada niqab taxmağın qanunvericiliklə qadağan edilməsinə ehtiyac olduğuna əmin olmasa da, əlavə edib ki, belə bir qanun qəbul olunarsa, müsəlman icmasının qiyamını gözləmək olmaz. Onun fikrincə, məhdudiyyətlər yalnız bir neçə dindarı əhatə edəcək.

Xatırladaq ki, bir müddət əvvəl Prezident yanında İnsan Hüquqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyev Rusiyada niqab taxmağın qanunvericiliklə qadağan edilməsinin lehinə çıxış edib. Onun bu açıqlaması müsəlmanlar arasında qalmaqala səbəb olub. 

Moskva müftisi İldar Alyautdinov bu cür çağırışları “dünyəvi hüquq normalarının və Konstitusiyanın pozulması aktı” adlandırıb.

Xəzər
“Cebhe.info”