Rusiyada saxta diplom ticarəti çiçəklənib

Rusiyada saxta diplom ticarəti çiçəklənib

Rusiyada internet üzərindən saxta sənədlər satan 600-ə yaxın sayt var.

"Cebhe.info" xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb. 

Saxta diplomlar, tibbi hesabatlar və ölüm haqqında şəhadətnamələr satılanlar arasındadır.

Xəbərə görə, kibertəhlükəsizlik şirkəti F.A.С.С.T.-nin paylaşdığı məlumatlara əsasən, sözügedən saytlardan 479-u bu il, 47-si isə iyun ayında açılıb. Şirkət rəsmiləri aktiv saytların sayının 141 olduğunu bildiriblər.

Qəzet yazıb ki, bu saytlarda 18 min rubla diplom və 7 min rubla hərbi xidmətdən azad olunma şəhadətnaməsi əldə edə bilərsiniz. 

Kod Bezopasnosti-dən Aleksandr Şmiqirilov bildirib ki, insanlar tez-tez işə düzəlmək, sığorta almaq, sürücülük vəsiqəsi almaq və ya kredit götürmək üçün saxta sənədlərdən istifadə edirlər.  

R-Vision-dan Aleksandr Çernenko qeyd edir ki, hazırda süni intellekt saxta sənədlərin hazırlanmasında istifadə olunur.

Ekspertlər hesab edirlər ki, saxta sənədlərdən istifadənin qarşısını almağın yolu rəqəmsallaşmadan keçir.

Nigar Hacılı 
"Cebhe.info"