Sankt-Peterburqda partlayış baş verib

Sankt-Peterburqda partlayış baş verib

Sankt-Peterburqun Krasnoqvardeyski rayonunda yaşayış binasında partlayış baş verib.

"Cebhə.info" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqaladə Hallar Nazirliyi məlumat yayıb.

Partlayışla bağlı Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov bildirib ki, sakinləri təxliyə edilib, itki yoxdur, vəziyyət tam nəzarət altındadır.

Həsən Məmmədov
"Cebhe.info"