Saziş imzalansa da: 10 il sonra gəlir gətirəcək

“Faydalı qazıntıların hasilatı üzrə Ukrayna və ABŞ arasındakı sazişdən maliyyə gəlirləri 10 ilə əldə edilə bilər. Buna səbəb dağıdıcı müharibə şəraitində olan ölkədə yeni yataqların işlənməsinə çoxsaylı maneələrin olmasıdır”.
“Cebheinfo.az”-ın məlumatına görə, “Reuters” belə yazıb.
Mütəxəssislər agentliyə bildiriblər ki, Kanada və Avstraliya kimi dağ-mədən sənayesi inkişaf etmiş ölkələrdə mühüm mineral yataqlarının işlənilməsi 10-20 il çəkə bilər. Ukrayna və onun faydalı qazıntı yataqlarına gəldikdə, onların iqtisadi səmərəliliyini dəstəkləyən məlumat azdır.
“İnvestorlar infrastrukturun Rusiyanın işğalı nəticəsində məhv edildiyi və təhlükəsizliyin təmin olunmadığı bir ölkəyə pul tökməkdən çəkinə bilər”,- deyə “Reuters” yazır.
“Benchmark Minerals Intelligence” konsaltinq şirkətindən Adam Vebb agentliyə deyib:
“Əgər kimsə bütün bu mineralların birdən-birə Ukraynadan ixrac olunmağa başlayacağını düşünürsə, yanılır. Reallıq belədir ki, insanları müharibə şəraitində olmayan ölkələrdə əhəmiyyətli minerallara sərmayə qoya bilən insanlara pul yatırmağı sübut etmək çətin olacaq”.
Digər maneə odur ki, bəzi potensial gəlirli layihələr Rusiya tərəfindən işğal olunmuş ərazilərdə yerləşir və mədən sazişində heç bir təhlükəsizlik zəmanəti yoxdur”, - “Reuters” belə yazır.
Müşfiq Abdulla
“Cebheinfo.az”