Somalidə prezident sarayında güclü partlayış olub

Somalinin paytaxtı Moqadişoda prezident sarayının yaxınlığında partlayış baş verib.
"Cebheinfo.az" xəbər verir ki, partlayış sarayın yaxınlığındakı kəsişmədə baş verib.
Hadisə zamanı Somali Prezidenti Həsən Şeyx Məhəmmədin karvanının bölgədən keçdiyi bildirilib.
Hücuma görə məsuliyyəti “Əş-Şəbab” terror təşkilatı öz üzərinə götürüb. “Əl-Şəbab”, Prezident Mahmudu hədəf aldıqlarını açıqlayıb.
Səlahiyyətlilər Prezident Həsən Şeyx Mohamudun hücumdan sağ-salamat xilas olduğunu bildirib.
Lakin partlayış yaxınlıqdakı binanın uçmasına və bir avtomobilin dağılmasına səbəb olub.
Nigar Hacılı
"Cebheinfo.az"