Sosial mediada yeni qalmaqal

Sosial mediada yeni qalmaqal

Sosial media platforması "X" İranın ən təsirli hesablarından biri olan “İran Hərbi Mediası" (Iran Military Monitor) hesabını dayandırıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hücumları davam edərkən, müharibə yalnız sahədə deyil, rəqəmsal mühitdə də dərinləşir.

Təxminən 2 milyon izləyicisi olan hesab, xüsusilə ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra bölgədəki hadisələrlə bağlı ani paylaşımları, raket və PUA hücumlarına dair məlumatları, eləcə də sahə görüntüləri ilə seçilirdi.

Qərarın səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib, lakin bu addım sosial mediada senzura və informasiya axınının idarə olunması ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Nigar Hacılı 
"Cebheinfo.az"