Sosial şəbəkədə daha az vaxt keçirin: Stressdən azad olun

Sosial şəbəkədə daha az vaxt keçirin: Stressdən azad olun

Sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılması emosional stressdən əziyyət çəkən gənclərin psixi vəziyyətini yaxşılaşdırır. 

Bunu Ottavadakı Karleton Universitetinin alimləri sübut ediblər. 

“Cebhe.info” xəbər verir ki, tədqiqatın nəticələri “Psychology of Popular Media” (PPM) elmi jurnalında dərc olunub.

Yeniyetməlik və gənc yetkinlik əhəmiyyətli sosial, fiziki, emosional və əqli inkişafla xarakterizə olunur. Lakin onlar psixi pozğunluqlara qarşı yüksək həssaslıqla da əlaqələndirilir. Məlumatlar göstərir ki, hər il gənclərin təxminən 20%-nə psixi sağlamlıq problemləri diaqnozu qoyulur. Çox vaxt depressiya və narahatlıq öndə olur.

Psixi vəziyyətlə sosial mediaya məruz qalma arasındakı əlaqəni öyrənmək üçün komanda 17-25 yaş arasında olan 220 tələbəni işə cəlb edib. Onların hamısı mütəmadi olaraq sosial şəbəkələrdən istifadə etməli və ən azı iki depressiya və ya anksiyete pozğunluğu əlamətlərinə sahib olmalı idilər.

Təcrübə zamanı bəzi könüllülər 28 gün ərzində sosial şəbəkələrə baxmaq və ünsiyyət qurmaq vaxtlarını gündə bir saata endirməli olublar. Digər qrup isə belə göstərişlər almamış və nəzarət qrupu kimi fəaliyyət göstərib.

Nəticələr göstərib ki, birinci qrupda olan insanlarda nəzarət qrupu ilə müqayisədə depressiya və narahatlıq əlamətləri təxminən 2,35 bal azalıb.

Xəzər
“Cebhe.info”