Stoltenberq Pekini Kiyevlə danışmağa ÇAĞIRDI

NATO-nun baş katibi Yens Stoltenberq rəsmi Kiyevin Rusiya ilə müharibəyə baxışını başa düşmək üçün Çini Ukrayna prezidenti Volodimir Zelenski ilə birbaşa danışıqlar aparmağa çağırıb.
Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, Stoltenberq bu barədə Çin sədri Si Tsinpin və Rusiya prezidenti Vladimir Putinin Moskvadakı danışıqlarını şərh edərkən bildirib.
Stoltenberq davamlı sülhə aparmağa qadir olan istənilən təşəbbüsləri dəstəklədiklərini vurğulayıb.
O qeyd edib ki, Çinin sülh planında bir sıra müsbət təkliflər də var:
"Xüsusilə nüvə təhlükəsizliyi və mülki şəxslərlə bağlı".
Bununla belə, Stoltenberq əlavə edib ki, istənilən sülh planında Ukraynanın ərazi bütövlüyünə hörmət olmalıdır.
Cebhe.info