Sürücüləri gözləyən yeni cərimələr: 200, 300, 500...

Sürücüləri gözləyən yeni cərimələr: 200, 300, 500...

Rusiya Dövlət Duması yol hərəkəti qaydalarını pozan elektrik skuter sürücülərinə qarşı cəza nəzərdə tutan qanun layihəsini qəbul edib.

"Cebhe.info" xəbər verir ki, Rusiyada skuterlərə 2023-cü il martın 1-dən yol hərəkəti qaydalarına əməl etmək məcburiyyəti qoyulub, lakin qaydaların pozulması halında heç bir məsuliyyət nəzərdə tutulmurdu.

Yeni qanuna əsasən isə cərimələr aşağıdakılardır:

Sürət həddini keçməyə görə - 500 ilə 5 min rubl arasında;

Qəza nəticəsində yüngül xəsarət yetirilməsi - 200 ilə 5 min rubl arasında;

Səkidə getmək - 300 ilə 3 min 500 rubl arasında;

Qəza yerini tərk etmək - 400 ilə 5 min rubl arasında;

Qəza nəticəsində orta dərəcəli xəsarət yetirmək - 1000 ilə 15 min rubl;

İçkili sürücülük - 2000 ilə 30 min rubl arasında.

Nigar Hacılı
"Cebhe.info"