Taylanddan vətəndaşlarına xəbərdarlıq
Böyük Britaniyada ifrat sağçı ekstremistlərin antiimmiqrant hərəkətləri səbəbindən Tayland vətəndaşlarına səyahət xəbərdarlığı edib.
"Cebheinfo.az" xəbər verir ki, məsələ ilə bağlı Taylandın Londondakı səfirliyinin saytında açıqlama yayılıb.
Açıqlamada Böyük Britaniyada yaşayan və ya ölkəyə səyahət edən Tayland vətəndaşlarına xüsusilə Hull, Liverpool, Bristol, Manchester, Stoke-on-Trent, Blackpool şəhərlərinə və Şimali İrlandiyanın paytaxtı Belfastə səyahət edərkən insanların sıx olduğu yerlərdən uzaq durmaları və diqqətli olmaları tövsiyə edilib.
İyulun 30-da İngiltərədə başlayan ifrat sağçı etirazlar səbəbilə Nigeriya, Avstraliya və Malayziya kimi ölkələr də vətəndaşlarına səyahət xəbərdarlığı edib.
Nigar Hacılı
"Cebheinfo.az"