Tramp Bakı-İrəvan sazişinin imzalanmasını səbirsizliklə gözləyir

Tramp Bakı-İrəvan sazişinin imzalanmasını səbirsizliklə gözləyir

Ermənistanla sülh sazişinin yekunlaşdırılması münasibətilə sizi təbrik edirəm.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Enerji Resursları İdarəsinin baş müşaviri Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü nazirlər görüşündə bildirib.

O qeyd edib ki, Prezident Tramp həmin sazişin imzalanma və ratifikasiya prosesini səbirsizliklə gözləyir.

“Bu, regionda davamlı sabitlik və sülhün təmin olunması ilə iqtisadi inkişafı stimullaşdıracaq. Davamlı sülh, regional münaqişə dövrünə son qoyacaq və Cənubi Qafqaza təhlükəsizlik və rifah gətirəcəkdir. Biz, bu yolda atdığınız addımlara görə sizi təqdir edirik”, - Erik Ceykobs qeyd edib.

Xatırladaq ki, ötən ay Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini əlaqə kanalları vasitəsilə çatdırıb.

Məlumatı Ermənistan XİN də təsdiq edib. İrəvan sülh sazişinin imzalanması üçün tarix və məkanı müzakirə etməyə hazır olduğunu bəyan edib.

Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb.

Rəsmi Bakı sazişin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsinin labüd olduğunu bildirib.

"Cebheinfo.az"