Türkiyə Qəzzaya yardımlarını davam etdirir

Türkiyə Qəzzaya yardımlarını davam etdirir

Türkiyənin Qəzzaya humanitar yardımı 42 min tona çatıb.

"Cebhe.info" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb.

Məlumata görə, Qəzzaya ən çox yardım edən ikinci ölkə Türkiyədir.

Qəzzaya edilən ümumi yardımın 23 faizi Türkiyənin payına düşür.

Türkiyədən hər həftə Misir üzərindən Qəzzaya orta hesabla 127 ton içməli suyun çatdırıldığı, 400-dən çox Qəzzalı xəstə və yaralının Türkiyədə müalicəsinin davam etdiyi bildirilib.

Naibə
"Cebhe.info"