Türkiyə Rusiya və Ukraynaya çağırış edib

Türkiyə Rusiya və Ukraynaya çağırış edib

Türkiyə Ukraynanın ərazi bütövlüyünə, sərhədləri toxunulmazlığına əsaslanan həll yolunun tapılması üçün səylərini davam etdirəcək.

“Cebhe.info” “Anadolu” agentliynə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyi Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümü ilə əlaqədər bəyanatında bildirib.

Qeyd edilib ki, Türkiyə Ukraynada münaqişənin ölkənin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır:

“Ukraynadakı müharibə ikinci ilini arxada qoyduğu üçün münaqişənin Ukraynaya dağıdıcı təsiri artır, onun mənfi regional və qlobal nəticələri dərinləşir. Diplomatik prosesin canlandırılması üçün əlverişli şərtlər orta qoyulmalıdır”.

Yunis Abdullayev 
"Cebhe.info"