Türkiyədə ağır qəza: 14 yaralı

Türkiyədə ağır qəza: 14 yaralı

Türkiyənin Bursa bölgəsində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.

Bu barədə TRT kanalı məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 14 nəfər yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə çoxlu sayda polis və xilasedici cəlb edilib.

Cebhe.info