Ukrayna İran dronlarını məhv etdi

Gecə saatlarında Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiya tərəfindən buraxılan İranın 10 “Shahed” zərbə PUA-sından 9-nu məhv edib.
Cebhe.info "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilib ki, Rusiya şimal istiqamətindən - Bryansk vilayətindən kamikadze dronlarla hücuma keçiblər.
Səmada 5-ə qədər digər hava hədəfləri də qeydə alınıb.
Cebhe.info