Ukrayna üçün 100 milyon dollarlıq hərbi YARDIM
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım paketinin ayrıldığını açıqlayıb.
Paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri üçün raketlər daxildirs
Austin Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra yeni hərbi yardım paketini elan edib. Pentaqonun rəhbəri bu gün elan olunmamış səfərlə Ukraynanın paytaxtına gəlib .
Zelenskinin sözlərinə görə, Lloyd Ostinlə görüşdə cəbhədəki vəziyyət, eləcə də artilleriya və mərmilərin tədarükü zərurəti müzakirə olunub.
Cebhe.info