Ukraynanın Kurskda itkiləri açıqlandı

Ukraynanın Kurskda itkiləri açıqlandı

Ukrayna ordusu gün ərzində Kursk istiqamətində 300-dən çox hərbi qulluqçu, 2 tank və 4 piyada döyüş maşını itirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri gün ərzində 300-dən çox hərbi qulluqçu, 2 tank, 4 piyada döyüş maşını, o cümlədən ABŞ istehsalı olan 2 “Bradley”, 17 zirehli döyüş maşını, 14 texnika və 3 artilleriya qurğusu itirib”, - deyə məlumatda bildirilib.

Həsən Məmmədov
“Cebheinfo.az”