ÜST həyəcan təbili çalır: Hepatitdən ölüm…

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son hesabatında Hepatit virusuna diqqət çəkib.
"Cebhe.info" xəbər verir ki, hesabatda hepatitdən ölüm hallarının artdığı bildirilib.
Hər il 1,3 milyon insanın hepatitdən öldüyü qeyd olunub. Bu virusun dünyada yoluxucu xəstəliklərdən ölüm hallarının ardıcıl siyahısında ikinci yeri tutduğu bildirilib.
ÜST 187 ölkədən məlumat topladığını açıqlayıb.
2019-cu ildə 1,1 milyon insan hepatit səbəbindən həyatını itirib, 2022-ci ildə bu rəqəm 1,3 milyona çatıb. Bundan əlavə, ÜST bəyan edib ki, bu ölümlərin 83 faizi hepatit B, 17 faizi isə hepatit C tərəfindən baş verib.
Məlumata görə, dünyada hər gün 3500 insan Hepatit B və C infeksiyalarından ölür.
Naibə
"Cebhe.info