Xarkov vuruldu

Xarkov vuruldu

Ukraynanın Xarkov şəhərində gecə boyunca Ukrayna əsgərləri və silah-sursat anbarına hücum edilib.

"Cebhe.info" "Sputnik News"-a istinadən xəbər verir ki, bu barədə müqavimət koordinatoru bildirib.

Daha ətraflı məlumat verilməyib. “Xarkovda Ukraynanın canlı qüvvəsi və bir silah-sursat anbarı əhəmiyyətli dərəcədə vuruldu”, - Nikolaevdəki rusiyayönlü yeraltı şəbəkənin koordinatoru Sergey Lebedev "Telegram"-da yazıb.

Rusiya qoşunları Ukrayna ordusunun Rusiyadakı mülki hədəflərə hücumlarına cavab olaraq Ukrayna ərazisində infrastruktura və kritik obyektlərə zərbələr endirib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın mülki aktivləri hədəf almadığını bildirib.

Nigar Hacılı
"Cebhe.info"