Xəstəxanada 1 gündə 20 xəstə öldü: Nazir hadisə yerinə getdi

Hindistanın Maharaştra ştatının Nanded şəhərindəki xəstəxanada bir gündə 20-dən çox xəstə, o cümlədən 12 yeni doğulmuş körpə ölüb.
Cebhe.info xəbər verir ki, bu barədə NDTV telekanalı tibb müəssisəsinin nümayəndələrinə istinadən məlumat yayıb.
“Son 24 saat ərzində altı yeni doğulmuş oğlan və altı yeni doğulmuş qız uşağı ölüb. 12 böyüklər müxtəlif xəstəliklərdən, əsasən ilan sancmasından dünyasını dəyişib”, - telekanal sitat gətirib. Körpələrin ölüm səbəbləri açıqlanmır.
Həkim Şyamrao Vakodenin sözlərinə görə, uşaqlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdilər. Yetkin xəstələrə gəlincə, o qeyd edib ki, onların vəziyyəti ağır olub.
“Onlardan səkkizi 70-80 yaşlı idi. Onların müxtəlif problemləri var idi: şəkərli diabet, qaraciyər və böyrək çatışmazlığı”, - Vakode bildirib.
Xəstəxana rəhbərliyi müəssisədə dərman qıtlığının olmadığını iddia edir. Bununla belə, telekanalın məlumatına görə, son aylarda bəzi tibb işçilərinin başqa xəstəxanalara köçürülməsi xəstələrə xidmət göstərməkdə çətinliklər yaradıb.
Maharashtra səhiyyə naziri Həsən Müşrif səhər Nandeddəki xəstəxanaya gedib. O bildirib ki, xüsusi komissiya cəmi bir gün ərzində bu qədər xəstənin ölümünü araşdıracaq.
Xəzər
Cebhe.info