Xəyanətinin üstü açıldı: "Apple"ı məhkəməyə verir

Xəyanətinin üstü açıldı: "Apple"ı məhkəməyə verir

Məşhur texnologiya şirkəti “Apple” tez-tez təhlükəsizlik problemləri ilə gündəmə gəlir.

"Cebhe.info" xəbər verir ki, “Apple” “iPhone” telefonları üçün “iOS 17.5” sistem yeniləməsini buraxıldıqdan sonra sosial mediada bir çox istifadəçi silinmiş fotoşəkillərin bərpa olunduğunu iddia etdi.

Bu dəfə həyat yoldaşına xəyanət edən kişi sildiyi mesajların geri qayıtdığını bildirib. Həyat yoldaşına xəyanət edən kişi sildiyi mesajların başqa cihazda tapılmasından sonra yaxalanıb.

Adı açıqlanmayan kişi, “Apple”-ın silinən mesajlarla bağlı şəffaflıq təmin etmədiyini və həyat yoldaşının mesajları görmədiyi təqdirdə hələ də evli olacaqlarını və “Apple”-ı məhkəməyə verəcəyini bildirərək arvadının boşanma iddiasına səbəb olduğunu bildirib. 

“The Times” qəzetinə danışan kişi evliliyinin son illərində başqa qadınlarla virtual əlaqədə olduğunu və “iMessage” tətbiqi üzərində yazışdığını bildirib. Hər yazışmadan sonra mesajları sildiyini deyən kişi həyat yoldaşı ilə paylaşdığı mesajları “iMac” kompüterində gördüyünü bildirib.

Boşanma prosesinin çox çətin olduğunu bildirən kişi, "Bir mesaj silinirsə, hər yerdən silinməlidir. Boşanma çox stresli bir prosesdir və bütün ailənin tarazlığını pozur" deyib.

Vəkillərlə işləməyə başlayan şəxs “Apple”-dan 5 milyon funt-sterlinq istədiyini bildirib.

Britaniyalı iddia edir ki, “Apple” başqa bir “iPhone” istifadəçisinə göndərilən “iMessages” telefonda silinsə belə, digər qoşulmuş “Apple” cihazlarında görünə biləcəyini açıq şəkildə bildirməyib.

Nigar Hacılı 
"Cebhe.info"