Zaxarova Ermənistanın Putinin həbsi qərarını qanuni saymasına münasibət bildirib

Zaxarova Ermənistanın Putinin həbsi qərarını qanuni saymasına münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Konstitusiya Məhkəməsinin Haaqa Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin barəsində çıxardığı həbs qərarının ölkə konstitusiyasına uyğun hesab etməsinə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bu mövzunun Rusiya ilə Ermənistan arasında yüksək səviyyəli təmaslarda müzakirə mövzusu olduğunu söyləyib.

“Bu təmasların detallarını açmağı lazımi hesab etmirəm. Əlbəttə ki, güman edirik ki, bu süjet müttəfiqlik və qarşılıqlı məqbul əsasda nizamlanacaq", - Rusiya XİN sözçüsü vurğulayıb.

Cebhe.info