Zaxarova: "Rusiya Normandiya ilə bağlı tədbirə rəsmi dəvət almayıb"- YENİLƏNİB

Zaxarova: "Rusiya Normandiya ilə bağlı tədbirə rəsmi dəvət almayıb"- YENİLƏNİB

"Rusiya Federasiyası diplomatik kanallar vasitəsilə Normandiyaya enişin ildönümünə dəvət almayıb".

Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

***

16.04.2024 / 17:44

Rusiya iyunun 6-da II Dünya müharibəsinin gedişini dəyişdirən müttəfiqlərin Normandiyaya enişinin 80-ci ildönümünü qeyd etməyə rəsmən dəvət olunub.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə təşkilatçılar bildiriblər.

Dəvət vəsiqəsi Moskvanın Fransadakı diplomatik nümayəndəliyinə göndəriləcək.

Rusiya nümayəndə heyətinin iyunun 6-da mərasimdə iştirak edəcəyi gözlənilir.

"Cebhe.info"