Zaxarovadan Borrelin sözlərinə reaksiya

Bu günlərdə Rusiyada "Wall Street Journal"-ın amerikalı müxbiri saxlanılıb.
Cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, jurnalistin saxlanmasını Avropa diplomatiyasının rəhbəri Jozep Borrell pisləyib və onun sözlərinə çox keçmədən Rusiya XİN rəsmisi Mariya Zaxarova "Telegram"-da cavab verib.
"Jozep, heç olmasa, Culian Assanj və Marat Kasemə görə fikirlərinizi sözlərlə sübut edin. Balans üçün", - Zaxarova yazıb.
Xatırladaq ki, martın 30-da Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda “The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçi casusluqda ittiham edərək saxlayıb.
FTX qeyd edib ki, Qerşkoviç ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri olan məlumatlar toplayıb.
Əlavə edək ki, Lefortovo məhkəməsi jurnalisti mayın 29-dək həbs edib.
Sevinc Tapdıqqızı
Cebhe.info