Gömrük Komitəsi ləğv olunur: İqtisadiyyat Nazirliyinə birləşdirilir 

Gömrük Komitəsi ləğv olunur: İqtisadiyyat Nazirliyinə birləşdirilir 

Dövlət Təhlükəsizlik Xidməti (DTX) ötən gün Bakıda əməliyyat keçirib.

Yayılan məlumata görə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında olub. Əməliyyat nəticəsində bir neçə generalın həbs olunduğu da deyilir.

Cebhe.info-ya daxil olan xəbərə görə, həbslərin məsuliyyəti birbaşa Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin üzərindədir.

İddia olunur ki, Dövlət Gömrük Komitəsi ətrafında gedən proseslərin sonunda Səfər Mehdiyev postundan uzaqlaşdırılacaq. Komitənin isə İqtisadiyyat Nazirliyinə birləşdiriləcəyi bildirilir. Qeyd olunur ki, prosesin yekununda qurum İqtisadiyyat Nazirliyi yanında Dövlət Gömrük Xidməti olaraq fəaliyyətini davam etdirəcək.

Vilayət Muxtar
Cebhe.info