İran yenidən qarışır: 9 pakistanlını kim öldürüb?

İranda öldürülən 9 nəfərin pakistanlı olduğu üzə çıxandan sonra ölkənin müvafiq qurumları hərəkətə keçib.
"Cebhe.info" “Mehr”-ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Pakistan iki ölkə arasında qardaşlıq münasibətlərinin korlanmasına imkan verməyəcəəyini bildirib.
Kənani şənbə günü səhər İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Saravan şəhəri ətrafında naməlum yaraqlıların 9 Pakistan vətəndaşının ölümü və 3 nəfərin yaralanması ilə nəticələnən silahlı terroru kəskin şəkildə pisləyib. O, Pakistan hökumətinə və həlak olanların ailələrinə başsağlığı verib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, hadisə ilə bağlı araşdırma İranın məhkəmə və kəşfiyyat orqanları tərəfindən hələ də davam edir.
Xəzər
"Cebhe.info"