40 min dolları ölkədən çıxaran şirkət cərimələndi

40 min dolları ölkədən çıxaran şirkət cərimələndi

40 min dollar vəsaiti ölkədən çıxararaq geri qaytarmamaqda təqsirləndirilən şirkət haqqında tərtib edilən inzibati xəta haqqında protokol Qaradağ rayon Məhkəməsi tərəfindən təsdiq edilib.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, şirkət tərəfindən 23 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. Lakin ödənişin aparıldığı gündən 2 il müddətində 40000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

3 aprel 2025-ci ildə tərtib olunan protokola əsasən məhkəmə tərəfindən şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə əldə edilmiş valyuta vəsaitinin mümkünlüyü ilə müəyyən edilmiş dəyişikliklərə əsasən, maliyyə vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati tənbeh tətbiq edilib. Şirkət inzibati xətanın bilavasitə obyekti olan 40000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi həcmində, yəni 12.000 ABŞ dolları miqdarında cərimə edilib.

"Cebheinfo.az"