Şəmkirdə azyaşlı dərmandan zəhərlənərək ölüb

Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. 2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb.
Məlumata görə, azyaşlı evdə nəzarətiz qalan zaman dərman içib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"