Salyanda təmir sexində avtomobil yanıb

Salyan rayonunun Xələc kəndində yanğın olub.
"Cebheinfo.az" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 54 m² sahədə, içərisində təmirə dayanan “Ford” markalı yük avtomobilinin yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Cebheinfo.az"