Mahmud Abbas Moskvada Qələbə paradında iştirak edəcək

Mahmud Abbas Moskvada Qələbə paradında iştirak edəcək

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Rusiyaya səfər edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl bildirib.

Onun sözlərinə görə, Mahmud Abbas Qələbə Gününə həsr olunmuş paradda iştirak etmək üçün Rusiyaya səfər edəcək.

Mayın 10-da onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü keçiriləcək.

"Cebheinfo.az"