Kanadada parlament seçkilərində Mark Karninin partiyası qalib gəlib

Kanadada parlament seçkilərində Mark Karninin partiyası qalib gəlib

Kanadada ümumi seçkilərdə səslərin hesablanması davam edərkən, qeyri-rəsmi nəticələr hakim Liberal Partiyasının birinci, Mühafizəkarlar Partiyasının ikinci yerdə olduğunu göstərir.

"Cebheinfo.az" xəbər verir ki, Kanadanın “CBC” telekanalının ölkədə səsvermə prosesi başa çatdıqdan sonra paylaşdığı ilk qeyri-rəsmi nəticələrə görə, Baş nazir Mark Karninin rəhbərlik etdiyi Liberal Partiyası 48,1 faiz səslə seçkilərdə liderdir.

Pierre Poilievrenin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası 42 faiz səslə ikinci, Kvebek Bloku Partiyası isə 7 faiz səslə üçüncü yerdədir.

Keçmiş baş nazir Castin Tryudonun 2015-ci ildə tutduğu vəzifədən istefa verdikdən sonra martın 14-də estafeti təhvil verən Liberal Partiyasının lideri Karni, son sorğulara görə, seçki qutusundan qalib çıxması gözlənilən ən güclü namizəd olaraq görülür.

Nigar Hacılı 
"Cebheinfo.az"